- Köhnə - İdman
- 24 Dekabr 2017 13:53
- 6 943
Mədət Quliyev “Velosiped idman klubu” təsis etdi
DTX-də şəxsi heyətin idmanla məşğul olması, fiziki sağlamlığının möhkəmləndirilməsi üçün növbəti addım atılıb.
AzNews.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyevin imzaladığı qərarla 24 dekabr 2017-ci il tarixdə DTX-nin nəzdində “Velosiped idman klubu” təsis olunub.
Klubun təlim və maddi-texniki bazasının yaradılması ilə əlaqədar müvafiq təşkilati tədbirlər həyata keçirilib.