“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb. “Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb.

Millinin futbolçusu "Qəbələ"nin heyətində

“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb.

AzNews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” “Zirə”nin futbolçusu Təmkin Xəlilzadəni heyətinə cəlb edib.

Milli komandamızın da üzvü olan 24 yaşlı sol cinah oyunçusu “Qəbələ” ilə 2,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan T.Xəlilzadə daha öncə AZAL-da oynayıb. Son üç mövsümü isə “Zirə”də keçirib.

O, həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynaya bilir.