“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib. “Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib.

“Qəbələ” futbol klubunda yeni təyinat

“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib.

AzNews.az xəbər verir ki, əvəzedicilərdən ibarət komandanın baş məşqçisi postuna Emin İmaməliyev təyin olunub. Bunadək klubumuzun U-19 komandasına rəhbərlik edən 38 yaşlı mütəxəssis əvəzedicilərin “sükanı arxası”nda əsas komandada məşqçi kimi fəaliyyətə başlayan Elmar Baxşıyevi əvəzləyib.

2014-cü ildən “Qəbələ” akademiyasında çalışan İmaməliyev U-17-də öncə məşqçi, sonra baş məşqçi, 2016-cı ilin yayından U-19-da baş məşqçi kimi çalışıb.