Rusiya və Belarus gələn il "Birlik Qalxanı 2027" təlimlərini keçirəcəklər

Rusiya və Belarus 2027-ci ildə "Birlik Qalxanı 2027" adlı birgə hərbi təlimlər keçirəcəklər.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib .

"Bundan əlavə, gələn il Belarus və Rusiya Silahlı Qüvvələrinin "Birlik Qalxanı 2027" adlı əməliyyat təlimləri keçirməyi planlaşdırırıq", - deyə o bildirib.

Prezident əlavə edib ki, Rusiya və Belarusun müdafiə qabiliyyətini təmin etmək, eləcə də iki ölkə vətəndaşlarını istənilən istiqamətdən gələn xarici təhdidlərdən davamlı olaraq qorumaq üçün müntəzəm və ardıcıl təlimlər zəruridir.

Mövsüm,

AzNews.az