- Köhnə - İdman
- 7 Yanvar 2018 16:19
- 5 933
"Qəbələ" nin Gürcüstandakı rəqibləri
"Qəbələ" futbol klubunun əvəzedicilərdən ibarət komandasının qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
AzNews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2017-2018-ci il mövsümünün ilk yarısını lider kimi başa vuran komanda hazırlığına yanvarın 7-də başlayıb. Yanvarın 26-dək davam edəcək hazırlığın ilk mərhələsi Qəbələ və Bakıda olacaq. Baş məşqçi Emin İmaməliyevin yetirmələri bu müddətdə bir neçə yoxlama oyunu keçirəcəklər. Rəqiblər hələ müəyyənləşməyib.
Hazırlıq prosesinin ikinci mərhələsi Gürcüstanda təşkil ediləcək. Əvəzedicilər yanvarın 26-dan fevralın 2-dək qonşu ölkədə toplanışda olacaqlar. "Qəbələ" Gürcüstanda 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Bunlardan ikisində rəqib müəyyənləşib. Komandamız Tibilisi "Dinamo"su və "Saburtalo"nun əvəzediciləri ilə üz-üzə gələcək. Yoxlama oyunundakı üçüncü rəqibin adı hələ dəqiqləşməyib.