- Köhnə - İdman
- 8 Mart 2018 11:42
- 6 268
Futbol klublarımızın xərcləri gəlirlərindən çox olub
Azərbaycanın futbol klublarının xərcləri gəlirlərindən çox olub.
AFFA-nın 2017-ci il üzrə hesabatında yer alan məlumata görə, Premyer Liqa klublarında çalışan azərbaycanlı məşqçilərin sayı 94%-dan 93%-dək azalıb.
Klublarda əməkhaqlarına sərf olunan vəsait 26% artıb. Bundan başqa, klubların ümumi gəlirləri 21%, xərcləri isə 31% artıb.
Premyer Liqa matçlarına bilet satışından olan ümumi gəlir (-80%), UEFA-nın yarışları üzrə isə (-52%) azalıb. Həmçinin Kəpəz PFK-nın ev oyunlarında azarkeş sayı 38% azalıb. Ümumi olaraq ötən mövsümlə müqayisədə stadionlara gələn azarkeşlərin sayında azalma müşahidə olunur.
Hesabatda qeyd olunur ki, Premyer Liqa klublarının nəzdində çıxış edən uşaq-gənclər komandalarının sayı 8% azalıb. Klubların nəzdində çıxış edən qızlar komandalarının sayı isə 5-dən 6-ya yüksəlib.
AzNews.az