Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin birinci turu çərçivəsində rusiyalı Sergey Karyakina qalib gəlib. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin birinci turu çərçivəsində rusiyalı Sergey Karyakina qalib gəlib.

Şəhriyar Məmmədyarovdan parlaq qələbə

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin birinci turu çərçivəsində rusiyalı Sergey Karyakina qalib gəlib.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, turnir Berlində "Külxaus" sərgi mərkəzinin binasında keçirilir. Turnirin mukafat fondu 420 min avro təşkil edir.

Turnir martın 27-ə kimi davam edəcək. İştirakçıların göstəriciləri eyni olduqda, martın 28-də tay-brek keçiriləcək.