- Köhnə - İdman
- 15 Mart 2018 13:35
- 9 223
Ronaldo “Beşiktaş”da oynamaq istəyir - Şok iddia
Türkiyənin "Beşiktaş" futbol klubunun prezidenti Fikrət Orman maraqlı açıqlamalar verib.
AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Beşiktaş" prezidenti bildirib ki, onlar azarkeşlərinin sayının 100 milyona çatması üçün çalışırlar. Daha sonra Fikrət Orman Ronaldonun da "Beşiktaş"da oynamaq istədiyini iddia edib: "Ronaldonun iki komanda yoldaşı - Quaresma və Pepe bizdə oynayır. Biz Ronaldonu da almaq istəyirik. O da bizim komandaya gəlmək istəyir".
"Beşiktaş" prezidentinin bu açıqlamasına münasibət birmənalı olmayıb.