Güləş üzrə Azərbaycan çempionatı başa çatdı

"Sərhədçi" İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başa çatıb. Azərbaycan Güləş Federasiyasının yadığı məlumata görə, çempionatda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar müvafiq diplom, medal, pul mükafatı təltif edilib, tam dəst idman geyimi ilə təmin olunaraq yığma komandanın heyətinə cəlb olunub.

Çempionatın son günündə 66, 74, 84, 96 vә 120 kq çәkidә Yunan-Roma güləşi üzrә keçirilən yarışlarda nəticələr belədir:

66 kq
1. Rövşәn Tağıyev - İnter
2. Ruhin Mikayılov - Neftçi İSM
3. Emil Abdullayev - Gәncә
3. Amil Әhmәdov - Neftçi İSM

74 kq
1. Ceyhun Әliyev - Sumqayıt, Zenit
2. Hacımurad Bağmanov - Balakәn
3. Ilkin Әsgәrov - Neftçi İSM
3. Sahib Quliyev - Sumqayıt, Tәhsil İC

84 kq
1. Tural Daşdәmirov - DİN İC
2. Ruslan Aciqov - Atasport
3. Әli Bayramov - Pәhlәvan
3. Hacımurad Caraşov - Cәngi GK

96 kq
1. Hacımurad Çöpsiyev - Balakәn
2. Türmәn Eyyubov - Neftçi İSM
3. Zamir Mәhәmmәdov - Atasport
3. Orxan Әlәkbәrov – Gәnclik

120 kq
1. Abbas Abdullayev - Atasport
2. Röyal Mirzәyev - Spartak
3. Roman Әliyev - Xosrov Cәfәrov GK
3. Abbasxan Abbasov – Atasport