Türkiyəli FİFA referisi Cüneyt Çakır millimizin oyununa təyinat alıb. Türkiyəli FİFA referisi Cüneyt Çakır millimizin oyununa təyinat alıb.

Cüneyt Çakır millimizin oyununa təyinat aldı

Türkiyəli FİFA referisi Cüneyt Çakır millimizin oyununa təyinat alıb.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli hakim Antalyada keçiriləcək Azərbaycan - Makedoniya yoldaşlıq görüşündə videotəkrara (VAR) baxacaq. Digər video köməkçi hakim Hüseyn Göçek olacaq.

Matçın baş hakimi türkiyəli Halis Özkahya olacaq. Ona Kemal Yılmaz və Kerem Ersoy kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ali Palabıyık yerinə yetirəcək.

Xatırladaq ki, “Mardan” stadionunda keçiriləcək oyun martın 27-i Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

AzNews.az