- Köhnə - İdman
- 4 Aprel 2018 23:00
- 6 465
“Qarabağ” “İlin komandası” seçildi - Fotolar
![](https://www.aznews.az/storage/2017/08/22/qarabag_emblem.jpg)
Türkiyənin Milliyet qəzetinin təsis etdiyi “İlin idman mükafatları-2017”nin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
AzNews.az xəbər verir ki,namizədlərin sırasında “Qarabağ” klubunun adı da olub.
Azərbaycan təmsilçisi tədbirdə “Jüri” xüsusi mükafatı ilə təltif edilib. Mükafatı klubun vitse-prezidenti Tahir Gözələ Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku təqdim edib.
Birinciliyi isə “Fənərbaxça” klubunun basketbol komandası qazanıb.
Qeyd edək ki, sözügedən tədbirdə “Qarabağ”ı prezident Tahir Gözəl, icraçı-direktor Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov təmsil edib.