- Köhnə - İdman
- 7 Aprel 2018 23:38
- 4 898
"Mançester Yunayted" sonda qalib gəldi
![](https://www.aznews.az/storage/2018/04/07/horizontal-fbl-81697251.jpg)
"Mançester Yunayted" futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turunda "Mançester Siti"ni məğlub edib.
“Report” xəbər verir ki, Mançester şəhərinin "Etihad Stadium" stadionunda keçirilən görüş 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
"Mançester Siti" sona altı tur qalmış 84 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb, "Mançester Yunayted" 71 xal ilə ikincidir.
İngiltərə Premyer Liqası. 33-cü tur
"Mançester Siti" – "Mançester Yunayted" - 2:3
Qollar: 1:0 – Kompani – 25, 2:0 – Gündoğan – 30, 2:1 – Poqba – 53, 2:2 – Poqba – 55, 2:3 – Smollinq – 69
Oyun gününün digər nəticələri
"Everton" – "Liverpul" - 0–0
"Brayton-end-Houv Albion" – "Haddersfild Taun" - 1–1
"Bornmut" – "Kristal Pelas" - 2–2
"Lester Siti" – "Nyukasl Yunayted" - 1–2
"Stok Siti" – "Tottenhem" - 1–2
"Uotford" – "Bernli" - 1–2
"Vest Bromviç Albion" – "Suonsi" - 1–1
AzNews.az