- Köhnə - İdman
- 9 Aprel 2018 13:34
- 6 947
Cüdoçularımız 6 medal qazanıblar
İtaliyanın Liqnano şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışları keçirilib.
Azərbaycan Cüdo Federasiyasından AzNews.az-a verilən xəbərə görə, beynəlxalq turnirdə təmsilçilərimiz 6 medal qazanıblar.
Turnirdə 55 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Balabəy Ağayev bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib. Rəşxan Baxışəliyev (55 kq) və Yaşar Nəcəfov (60 kq) gümüş medala sahib olublar. Rövşən Əliyev (55 kq), Əhməd Yusifov (60 kq) və Adil Kərimli (100 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, 36 ölkədən 604 gənc cüdoçunun (397 oğlan, 217 qız) mübarizə apardığı Avropa kuboku turnirində Azərbaycan millisi 27 cüdoçu (20 oğlan, 7 qız) ilə təmsil olunub.