Futbol üzrə Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. Futbol üzrə Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

Yarımfinal mərhələsinin püşkü atılıb

Futbol üzrə Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub.

Püşk nəticəsində yarımfinal cütlərinin tərkibi belə müəyyənləşib:

"Marsel" (Fransa) - "Zaltsburq" (Avstriya)

"Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya)

Finalda "Marsel" - "Zaltsburq" cütünün qalibi nominal ev sahibi olacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları 26 apreldə, cavab görüşləri 3 mayda keçiriləcək. Final qarşılaşması isə mayın 16-da Fransanın Lion şəhərindəki eyniadlı sadionda təşkil olunacaq.

AzNews.az