- Köhnə - İdman
- 29 Aprel 2018 16:40
- 7 038
“Yuventus” növbəti qələbəsini qazandı
İtaliya A Seriyasının 35-ci turunun maraqla gözlənilən oyunu “İnter” və “Yuventus” komandaları arasında oynanılıb.
AZƏRTAC xəbər verir ki, “San Siro” stadionunda keçirilən qarşılaşmada “Yuventus” 3:2 hesabı ilə qalib qəlib. Oyuna hücumlarla başlayan qonaqlar erkən qolla hesabı açıblar: 13-cü dəqiqədə Duqlas Kosta fərqlənib – 0:1. Qoldan iki dəqiqə sonra oyunun baş hakimi qayda pozuntusuna görə Matias Veçinanı meydandan kənarlaşdırıb. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra 52-ci dəqiqədə Mauro İkardi hesabı bərabərləşdirib – 1:1. Matçın 65-ci dəqiqəsində cinah ötürməsindən sonra Barcali avtoqol vurub – 2:1. Qarşılaşmanın 87-ci dəqiqəsində yenidən avtoqol qeydə alınıb. Bu dəfə “İnter” klubunun oyunçusu Milan Şkriniar öz qapısına yol tapıb – 2:2. Oyunda son nöqtəni turinlilər qoyub. Belə ki, əsas vaxta bir dəqiqə qalmış Paolo Dibalanın ötürməsindən sonra Qansalo Hiquain qələbə topunu vurub – 2:3. Beləliklə, görüş “Yuventus”un 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Qoca sinyora” 88 xalla liderliyini qoruyub saxlayır. Bir oyun az keçirən “Napoli” 84 xalla ikincidir.
AzNews.az