İspaniyanın və dünyanın ən məşhur idman nəşri olan “Marca” Formula 1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıb. İspaniyanın və dünyanın ən məşhur idman nəşri olan “Marca” Formula 1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıb.

Formula 1 Azərbaycan Qran-Prisi İspaniya mediasında

İspaniyanın və dünyanın ən məşhur idman nəşri olan “Marca” Formula 1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıb.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışın final günündə canlı yayım edən “Marca” portalı yarış başa çatan kimi “Hamilton xaosda hökmranlıq edir” sərlövhəli yazı ilə oxucuları nəticələrlə tanış edib.

Yazıda qeyd olunur ki, Azərbaycan Qran-Prisində bir neçə pilot qəza edib, lider bir neçə dəfə dəyişib, son anda isə Luis Hamilton qalib olub. İspan nəşri bu ölkədən olan pilotlar Sayns və Alonsonun müvafiq olaraq beşinci və yeddinci yerləri tutduqlarını qeyd edir.