“Qarabağ”dan sonra daha bir komandanın gələn mövsüm avrokuboklarda iştirakı rəsmiləşib. “Qarabağ”dan sonra daha bir komandanın gələn mövsüm avrokuboklarda iştirakı rəsmiləşib.

“Qəbələ” Avropa Liqasında çıxış edəcək

“Qarabağ”dan sonra daha bir komandanın gələn mövsüm avrokuboklarda iştirakı rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, bu, Topaz Premyer Liqasının XXVI turunda keçirilən “Qəbələ” – “Keşlə” matçından sonra müəyyənləşib.

Ölkə kubokunun finalçılarının Qəbələdə üz-üzə gəldiyi görüş 1:1 hesabı ilə nəticələnib. Bir gün əvvəl “Sumqayıt” büdrədiyindən, “Qəbələ” ilə arasındakı 6 xallıq fərq qalıb. Bu isə o deməkdi ki, “qırmızı-qaralar” mövsümü ən pis halda 3-cü pillədə tamamlayacaqlar. Bu da Avropa Liqasına vəsiqə üçün yetərlidi.

Sabah “Neftçi” “Qarabağ”la görüşdə qələbə qazana bilməsə, o zaman “Qəbələ” sona 2 tur qalmış gümüş medalı təmin edəcək.

AzNews.az