"Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk tutduğu vəzifədən istefa verib. "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk tutduğu vəzifədən istefa verib.

"Qəbələ"nin baş məşqçisi istefa verdi

"Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk tutduğu vəzifədən istefa verib.

AzNews.az xəbər verir ki, Azərbaycan Kubokunda "Keşlə" ilə oynanılan final qarşılaşması Roman Qriqorçuk üçün sonuncu oyun olub.

Belə ki, ukraynalı mütəxəssis qərarını Azərbaycan Kubokunun finalında "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları görüşün ardından açıqlayıb.

Qeyd edək ki, Roman Qriqorçuk 2015-ci ilin yanvar ayından “Qəbələ”nin baş məşqçisi idi.