- Köhnə - İdman
- 29 May 2018 21:59
- 8 510
Qurban Qurbanovun rəhbərliyi altında millimizdən ilk qələbə
Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununa çıxıb.
AzNews.az xəbər verir ki, yığmamız UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununda Qırğızıstan millisini qəbul edib.
Qarşılaşma millimizin 3-0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə də Qurban Qurbanovun rəhbərliyi altında ilk qazandığımız qələbə kimi əlamətdar olub.
17-ci dəqiqədə Maksim Medvedev və 75-ci dəqiqədə Mahir Mədətov fərqlənib. Son nöqtəni isə 84-cü dəqiqədə Urfan Abbasov qoyub.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 5-də Astanada Qazaxıstan, 4 gün sonra isə Riqada Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.