- Köhnə - İdman
- 6 İyun 2018 10:46
- 6 785
Buffon cəzalandırıldı

Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real” cavab görüşündə qırmızı vərəqə alan və baş hakim Maykl Oliveri təhqir edən Canluici Buffonun cəzası açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, UEFA-nın Nizam-İntizam Komitəsi 40 yaşlı qolkiperi 3 oyunluq cəzalandırıb.
“Yuventus”dan ayrılan qapıçı “Real” 3:1 hesabı ilə qalib gəldikləri oyunun son dəqiqələrində təyin edilən penalityə etiraz edərək, qırmızı vərəqə almışdı.
AzNews.az