2026-cı ildə futbol üzrə XXIII dünya çempionatına Kanada, ABŞ və Meksika birlikdə ev sahibliyi edəcəklər. 2026-cı ildə futbol üzrə XXIII dünya çempionatına Kanada, ABŞ və Meksika birlikdə ev sahibliyi edəcəklər.

DÇ-2026-nın ev sahibləri dəqiqləşdi

2026-cı ildə futbol üzrə XXIII dünya çempionatına Kanada, ABŞ və Meksika birlikdə ev sahibliyi edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar iyunun 13-də FIFA-nın Moskvada keçirilən 68-ci yığıncağında qəbul olunub.

XXIII dünya çempionatına ev sahibliyinə Kanada-ABŞ-Meksika üçlüyü ilə yanaşı, Mərakeş də mübarizə aparıb.

Qərarı FIFA prezidenti Canni İnfantino açıqlayıb. O bildirib ki, səsvermə nəticəsində 134 nəfər Kanada-ABŞ-Meksika üçlüyünə, 65 nəfər isə Mərakeşə səs verib. Bir nəfər bitərəf qalıb.

Qeyd edək ki, FIFA-nın qəbul etdiyi dəyişikliklərə əsasən, 2026-cı ildə təşkil olunacaq dünya çempionatında 48 komanda mübarizə aparacaq.

AzNews.az