Baş məşqçidən qalmaqallı açıqlama

Serbiya millisinin baş məşqçisi Mladen Krstayiç qalmaqallı açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, o, dünən İsveçrəyə 1:2 uduzduqları oyundan hakimlərin idarəçiliyindən narazılıq edib:

“Dünən bütün dünyanın gözü qarşısında bizi soydular. Hakimlərin işinə beynəlxalq tribunalda, Haaqa məhkəməsində baxmaq lazımdır. Lakin buna baxmayaraq məğlubiyyəti heç kimin üstünə atmıram. Hesab 1:1 olarkən irəli atılmamalı idik. İndi 4 xal əvəzinə 3 xalımız var. İndi biz mümkünsüzü etməliyik. Braziliya üzərində qələbə qazanmalıyıq. Hər bir komandanın zəif cəhəti var. Eləcə də Braziliyanın”.

AzNews.az