Braziliya millisi, artıq 1/4 finaldadı. Braziliya millisi, artıq 1/4 finaldadı.

Braziliya sensasiyanın olmasına imkan vermədi

Braziliya millisi, artıq 1/4 finaldadı.

AzNews.az xəbər verir ki, bu gün Dünya Çempionatının 1/8 final mərhələsi çərçivəsində Braziliya Meksika millisi ilə qarşılaşıb.

“Rostov Arena”da keçirilən görüş "penta-kampionlar"ın 2-0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da Braziliya 1/4 final mərhələsinə yüksəlib.

Matçda "PSG"li ulduz Neymar bir qol və bir asistlə yadda qalıb. İkinci qolu isə "Liverpul"un məşhur hücumçusu Firminyo vurub.

Braziliyanın rəqibi isə bu gün axşam 22:00-da keçiriləcək Belçika-Yaponiya oyunundan sonra müəyyənləşəcək.