Zelenski komandası ilə birlikdə Serbiyaya gedir

Prezident Volodimir Zelenskinin rəhbərlik etdiyi Ukrayna nümayəndə heyətinin bu həftənin sonlarında Serbiyaya səfər etməsi gözlənilir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Zelenskinin 2019-cu ildə vəzifəyə başlamasından bəri Serbiyaya ilk səfəri ola bilər. Lakin hazırda Zelenskinin səfəri ilə bağlı rəsmi təsdiq yoxdur.

Belqraddakı diplomatik mənbələr yaxın gələcəkdə iki ölkə arasında ticarət əməkdaşlığına dair birgə anlaşma memorandumunun imzalana biləcəyini gözləyirlər.