Bu gün Rusiyada keçirilən Mundialda 1/4 finalın ilk qarşılaşması oynanılıb. Bu gün Rusiyada keçirilən Mundialda 1/4 finalın ilk qarşılaşması oynanılıb.

DÇ-da ilk yarımfinalçı məlum oldu - Fotolar

Bu gün Rusiyada keçirilən Mundialda 1/4 finalın ilk qarşılaşması oynanılıb.

AzNews.az xəbər verir ki, günün ilk matçında Fransa və Uruqvay milliləri qarşılaşıb.

Əsas hücümçusu olan Kavanninin yoxluğunda meydana çıxan Uruqvay milisi hücumda çox zəif təsir bağışlayıb.

Qapıçı Musleranın səhvi isə bu matça damğa vuran əsas hadisə olub.

Beləliklə, yekun nəticə Fransanın 0:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolları "Real"lı müdafiəçi Rafael Varan (40-cı dəqiqə) və "Atletiko"nun ulduz hücümçusu Antuan Qrizman (61-ci dəqiqə) vurub.

Qeyd edək ki, bu qələbə ilə də fransızlar bu dünya çempionatında yarımfinal mərhələsinə adlayan ilk komanda olublar.

Murad Abdulla

AzNews.az

image description image description image description