- Köhnə - İdman
- 6 İyul 2018 21:23
- 8 920
Əfsanəvi qapıçı PSJ-də
Parisin PSJ klubu əfsanəvi italyan qapıçı Canluici Buffonu heyətinə qatıb.
AzNews.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Parisin PSJ klubu sabiq "Yuventus"lu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, C.Buffonun 40 yaşı var. O, 2001-ci ildən “Yuventus”un şərəfini qoruyub və bu ilin mayında klubu tərk edib.