Bu gün Rusiyada keçirilən Mundialda 1/4 final mərhələsinin oyunları keçirilib. Bu gün Rusiyada keçirilən Mundialda 1/4 final mərhələsinin oyunları keçirilib.

Futbol dünyası şokda - Braziliya da DÇ-dan getdi

Bu gün Rusiyada keçirilən Mundialda 1/4 final mərhələsinin oyunları keçirilib.

AzNews.az xəbər verir ki, 1/4 final mərhələsində Braziliya yığması Belçika ilə qarşılaşdı.

Nəticə isə gözlənilməz oldu.

Belə ki, görüş "pentakampionlar"ın məğlubiyyəti ilə başa çatdı.

Qarşılaşmada gülən tərəf avropalılar oldu. Yekun nəticə isə 1-2 Belçika yığmasının xeyrinə oldu.

Qeyd edək ki, Braziliyanı məğlub edən Belçika yığmasının yarım finaldakı rəqibi Fransa millisi olacaq.