- Köhnə - İdman
- 7 İyul 2018 13:56
- 10 251
“Almaniyaya uduzmaq faciə idi, amma bu daha ağırdır”
Braziliya millisinin yarımmüdafiəçisi Paulinyo dünya çempionatının ¼ final final mərhələsində Belçikaya 1:2 hesabı ilə uduzduqları oyundan danışıb.
“Qafqazinfo” xəbər verir ki, futbolçu 2014-cü ildə ölkələrində keçirilən mundialda Almaniyaya məğlubiyyəti də yada salıb.
O, iki məğlubiyyəti müqayisə edib: “Belçikaya uduzmaq çətindir və acıdır. 2014-cü ildə Almaniyaya uduzduğumuz oyun faciə idi. Amma Belçikaya məğlubiyyət daha ağırdır. Özümüzü çox pis his edirik. Sona qədər mübarizə apardıq və rəqibdən üstün oynadıq. Lakin qol vura bilmədik”.
AzNews.az