"Real"ın portuqaliyalı ulduzu Kriştiano Ronaldo Çin klubundan gələn 200 milyonluq təklifə rədd cavabı verib. "Real"ın portuqaliyalı ulduzu Kriştiano Ronaldo Çin klubundan gələn 200 milyonluq təklifə rədd cavabı verib.

Ronaldudan 200 milyonluq təklifə rədd cavabı

"Real"ın portuqaliyalı ulduzu Kriştiano Ronaldo Çin klubundan gələn 200 milyonluq təklifə rədd cavabı verib.

AzNews.az xəbər verir ki, bu barədə Tuttosport məlumat yayıb.

Çin klubu Ronalduya 2 illik müqavilə və illik 100 milyon avro təklif edib. Lakin Kriştiano bu təklifi qəbul etməyib.

Səbəb kimi isə Avropadan ayrılmaq istəmədiyini bildirib.

Qeyd edək ki, son günlər gündəmdə olan əsas məsələ "Yuventus"un portuqaliyalı superulduzu transfer etməsi məsələsidir. Hələlik isə rəsmi bir razılaşma əldə olunmayıb.

Xatırladaq ki, Ronaldu may ayında keçirilən Çempionlar Liqasının Kiyev finalından sonra "Real"ı tərk edəcəyini açıqlayıb.