Tramp Putinə hokkey şaybası hədiyyə edib

ABŞ Prezidenti Donald Tramp Rusiya lider Vladimir Putinə xokkeyçi Aleksandr Oveçkinin maykasını hədiyyə edib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə ABŞ-ın “Washington Capitals” komandasında çıxış edən rusiyalı xokkeyçi Aleksandr Oveçkinin maykasını, habelə xokkey şaybası hədiyyə edib. Cari mövsümdə məhz bu klub Stenli kubokunu əldə edib.

Rusiya dövləti başçısının mətbuat katibi Dmitri Peskov TASS informasiya agentliyinə məlumatında deyib: “Prezident Tramp Oveçkinin maykasını və şayba bağışlayıb”.

Qey edək ki, Rusiya Prezidenti Vladimir Putin danışıqlarına yekunlarına dair birgə mətbuat konfransında Donald Trampa “DÇ-2018”in rəsmi topunu hədiyyə edib.