Futbol üzrə 2018/2019 mövsümündə I divizionda çıxış edəcək "Kəpəz" klubu əsas heyətin bütün futbolçuları ilə yollarını ayırıb. Futbol üzrə 2018/2019 mövsümündə I divizionda çıxış edəcək "Kəpəz" klubu əsas heyətin bütün futbolçuları ilə yollarını ayırıb.

Futbol klubunda yenilik - Əsas heyətin bütün futbolçuları...

Futbol üzrə 2018/2019 mövsümündə I divizionda çıxış edəcək "Kəpəz" klubu əsas heyətin bütün futbolçuları ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yeni mövsüm üçün Gəncə təmsilçisinin əsas komandası əvəzedici heyətin, U-17 və U-19 komandalarının üzvlərindən formalaşdırılacaq.

Bu gün hazırlığa start verən “sarı-göylər”in ilk məşqi Gəncə şəhər stadionunda baş tutub. Komandanın növbəti 3 gün ərzindəki məşqlər Şəmkir Olimpiya İdman Kompleksinin meydançasında olacaq. Hazırlıq prosesində 26 futbolçu iştirak edir. Məşqlərin ilk mərhələsi müəyyən qədər seleksiya xarakteri daşıdığından heyətdə sınaqdan keçirilən oyunçular da yer alıb.

"Kəpəz"in yeni baş məşqçisi Etibar İbrahimovun köməkçiləri də müəyyənləşib. 41 yaşlı mütəxəssisə Orxan Verdiyev və Tariyel Hüseynov yardım edəcək.

AzNews.az