- Köhnə - İdman
- 20 Avqust 2018 21:53
- 5 658
Azarkeşlərin nəzərinə - Bu 2 oyunun vaxtı dəyişdirildi
Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb.
AzNews.az PFL-ə istinadən xəbər verir ki, mərkəzi oyun sayılan "Qarabağ" - "Neftçi" matçının vaxtı dəyişdirilib. Buna Ağdam təmslçisinin PFL-ə müraciəti səbəb olub. "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Moldova "Şerif"i ilə keçirəcəyi oyunlara daha yaxşı hazırlaşmaq məqsədi ilə çempionat qarşılaşmasının vaxtının dəyişdirilməsini xahiş edib. Komandanın avrokuboklarda çıxışını və Əsasnaməni rəhbər tutan PFL “Qarabağ” – “Neftçi” matçının 25 avqustdan 26 avqusta keçirilməsinə qərar verib.
Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədi ilə hər iki klubun razılıq məktubundan sonra “Zirə” – “Sabah” matçı ilə bağlı da dəyişiklik gerçəkləşib. Sözügedən oyun 26 avqustdan 25 avqusta keçirilib.
25 avqust (şənbə)
18:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu
20:30. “Zirə” – “Sabah”
“AZAL Arena”
26 avqust (bazar)
18:00. “Keşlə” – “Səbail”
“ASK Arena”
20:30. “Qarabağ” – “Neftçi”
“Azersun Arena”