Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət millimiz beşinci qələbəsini qazanıb. Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət millimiz beşinci qələbəsini qazanıb.

Şahmat millimizdən növbəti qələbə

Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət millimiz beşinci qələbəsini qazanıb.

Millimiz turnirin VI turunda Latviya ilə qarşılaşıb və 2,5:1,5 hesabı ilə qalib gəlib.

Qadın millimizin aktivində hazırda on xal var.

X X X

Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında kişilərdən ibarət millimiz altıncı qələbəsini qazanıb.

Millimiz turnirin VI turunda Çexiya ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

Ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov və Arkadi Naydiç qələbə qazanıb. Qara fiqurlarla çıxış edən Teymur Rəcəbovla Rauf Məmmədov heç-heçə edib. Bununla da xalını 12-yə çatdıran millimiz turnir cədvəlinin ilk sırasındakı mövqeyini yaxşılaşdırıb.(oxu.az)

AzNews.az