İspaniyalı Ana Karrasko sürətli motoyürüş üzrə dünya çempionatının “Supersport 300” kateqoriyasında qələbə qazanan ilk qadın motoyürüşçü olub. İspaniyalı Ana Karrasko sürətli motoyürüş üzrə dünya çempionatının “Supersport 300” kateqoriyasında qələbə qazanan ilk qadın motoyürüşçü olub.

İspaniyalı qadın tarixə düşdü

İspaniyalı Ana Karrasko sürətli motoyürüş üzrə dünya çempionatının “Supersport 300” kateqoriyasında qələbə qazanan ilk qadın motoyürüşçü olub.

O, ikinci yeri tutan Miku Peresi cəmi bir xal üstələyib. Bununla yanaşı, onun motosikleti yürüş seriyalarının başlanğıcında olduğundan 14 kiloqram daha ağır çəkidə idi. O vaxt A.Karraskonun motosikletini həddən artıq yüngül hesab etmişdilər. Lakin bu vəziyyət ona uğur qazanmaqda mane olmadı.

Ana Karrasko bu qələbəni 2016-cı ildə trasda həlak olmuş dostu Luis Saloma və onun ailəsinə həsr edib. Bundan başqa, A.Karrasko “Kawasaki” şirkətinə və mübaliğəsiz tarixi nailiyyətə töhfəsini verən öz texniki dəstək qrupuna təşəkkürlərini çatdırıb.(AZƏRTAC)

AzNews.az