- Köhnə - İdman
- 2 Oktyabr 2018 22:58
- 7 855
Şahmatçılarımızın növbəti rəqibləri müəyyənləşdi

Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandalarının Gürcüstanın paytaxtı Batumidə keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti rəqibləri müəyyənləşib.
AzNews.az-ın "Report"a istinadən verdiyi məlumata görə, IX turda milli komandalar müvafiq olaraq, Çin və Ukrayna ilə üz-üzə gələcəklər.
Oktyabrın 3-də keçiriləcək görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Bu gün ilk məğlubiyyətini ABŞ-dan alan kişilərdən ibarət yığma 8 turdan sonra 13 xalla 3-cü, eyni xala malik Çin isə 6-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 15 xala malik ABŞ başçılıq edir. İkinci pillədəki Polşanın 14 xalı var. Bu komandalar sabah bir-birləri ilə üz-üzə gələcəklər.
Qadın millisi isə Gürcüstana qalib gəldikdən sonra 13 xalla 5-ci pilləyə yüksəlib. Turnir cədvəlinə hərəyə 14 xala malik Çin və Ukrayna başçılıq edir.
AzNews.az