Azərbaycan üzgüçüsü Maksim Şemberev Hollandiyanın Eindhoven şəhərində Dünya Kuboku mərhələsində bir qızıl və bir bürünc medal qazanıb. Azərbaycan üzgüçüsü Maksim Şemberev Hollandiyanın Eindhoven şəhərində Dünya Kuboku mərhələsində bir qızıl və bir bürünc medal qazanıb.

Üzgüçümüz Dünya Kubokunda iki medal qazandı - Biri qızıldır

Azərbaycan üzgüçüsü Maksim Şemberev Hollandiyanın Eindhoven şəhərində Dünya Kuboku mərhələsində bir qızıl və bir bürünc medal qazanıb.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı deyib.

M.Şemberev 1500 metr məsafəyə sərbəst üsulla yarışlarda qızıl, 400 metr məsafəyə kompleks yarışında isə bürünc medal qazanıb.

F.Bənənyarlı qeyd edib ki, hazırda 400 metr məsafəyə üzmə yarışlarında M.Şemberev dünya reytinqində 10-cu, Avropa reytinqində isə 3-cü yerdədir.

AzNews.az