“Bavariya” 23-cü çempionluğunu elan etdi

Almaniya Bundesliqasında XXVIII turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə altı qarşılaşama baş tutub.

Dortmund "Borussiya"sı evində "Ausburq"u sınağa çəkib. Matçda meydan sahibləri inamlı qələbə qazanıb – 4:2.

"Bavariya" isə səfərdə "Ayntraxt"la üz-üzə gəlib. Görüş Münhen klubunun 0:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

Beləliklə, "Bavariya" çempionatın başa çatmasına 6 tur qalmış 23-cü çempionluqlarını elan edib.

Qeyd edək ki, Almaniya Bundesliqasında XXVIII turun digər oyunları bu gün və sabah keçiriləcək.

Almaniya Bundesliqası

XXVIII tur

5 aprel

"Hoffenhaym" – "Fortuna" - 3:0
Firmino, 11, Lamberts, 75-avtoqol, Volland, 90

6 aprel

"Bayer" – "Volfsburq" – 1:1

Şürle, 14 – Kyaer, 71

"Borussiya" (Dortmund) – "Ausburq" – 4:2

Şyeber, 22; 53, Subotiç, 64, Levandovski, 90 - Bayer, 43, Voqt, 45

"Ayntraxt" – "Bavariya" – 0:1

Şvaynştayger, 53

"Borussiya" (Münhenqladbax) - "Qroyter Fyurt" – 1:0

De Yonq, 74

"Verder" – "Şalke" – 0:2

Draksler, 51, Marika, 69

"Hamburq" – "Frayburq" - 0:1 -

Şmid, 69.

7 aprel
"Nurnberq" – "Mayns"
"Hannover" – "Ştutqart"


AzNews.az