- Köhnə - İdman
- 19 Aprel 2013 21:00
- 1 677
AFFA Böyükağa Hacıyevin cəzasını yüngülləşdirdi
Qol.Az-ın məlumatına görə, iclasda "Neftçi" PFK-nın müraciətinə baxılıb. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. AFFA-nın İntizam Komitəsinin "Neftçi" PFK-nın baş məşqçisi Böyükağa Hacıyev barədə çıxardığı 09.04.2013-cü il tarixli qərarı qismən dəyişdirilsin. Baş məşqçi Böyükağa Hacıyev intizam tədbiri olaraq 3 oyunluq kənarlaşdırılsın, digər 7 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində baş məşqçi Böyükağa Hacıyev analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
2. AFFA-nın İntizam Komitəsinin "Neftçi" PFK-nın məşqçisi Bəxtiyar Musayev barədə çıxardığı 09.04.2013-cü il tarixli qərarı qüvvədə saxlanılsın.
AzNews.az