Azarkeşlər komandalarını ziyana saldı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. AzNews.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXX turunda baş verənlər xoşagəlməz olaylara hüquqi qiymət verilib.

"Bakı" – "Qəbələ" matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Həmin gün baş tutan "Neftçi" – "Simurq" matçında "ağ-qaralar" daha çox ziyana düşüb. Belə ki, hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün 1000, polis briqadası oyunqabağı iclasda iştirak etmədiyi və matça gecikdiyi üçün isə klub 2000 manat cəzalandırılıb. Bununla yanaşı, paytaxt təmsilçisinin azarkeşləri tərəfindən stadionun bir neçə inventarı sındırıldığı üçün "Bakcell Arena" stadionunun rəhbərliyinin dəymiş zərərə uyğun olaraq kluba təqdim edəcəyi hesab əsasında ödəmə edəcək.

"İnter" – "Qarabağ" oyunun 1 dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün ağdamlılar da 1000 manat cərimə ödəyəcək.//affa.az//

AzNews.az