Ağdamın “Qarabağ” futbol klubu 1996-1997-ci il Azərbaycan çempionluğundan imtina edib Ağdamın “Qarabağ” futbol klubu 1996-1997-ci il Azərbaycan çempionluğundan imtina edib

“Qarabağ” çempionluqdan imtina etdi

Ağdamın “Qarabağ” futbol klubu 1996-1997-ci il Azərbaycan çempionluğundan imtina edib



Bu haqda Lent.az-a klubun baş direktoru Əmrah Çelikəl məlumat verib.

Onun sözlərinə görə, 16 il öncə AFFA-nın ilk rəhbərliyi qızıl medalların "Qarabağ"a verilməsi barədə qərar qəbul etsə də, UEFA çempion kimi "Neftçi"ni tanıyıb. Elə indi də Peşəkar Futbol Liqası məhz flaqmanı çempion sayır. Bu səbəbdən, Çəlikəl 1997-ci ildə "Qarabağ"ın yox, "Neftçi"nin çempion sayılmalı olduğunu vurğulayıb.

Lakin Ağdam klubunun rəsmi saytı bu gün dərc etdiyi yazıda "Qarabağ"ın 16 il öncə Azərbaycan çempionu olduğunu yazıb. Yazıda bildirilir ki, komanda gümüş medalı sonuncu dəfə 1994-cü ildə əldə edib. Halbuki 1996-1997-ci il mövsümünü "Neftçi" 1-ci, "Qarabağ" isə 2-ci pillədə başa vurub. Çelikəl saytın yazdıqlarını texniki səhv adlandırıb və yanlışlığın tezliklə aradan qaldırılacağını açıqlayıb.

Qeyd edək ki, 1996-1997-ci il mövsümündə AFFA-nın prezidenti Fuad Musayev aşağı yaş qrupları üzrə çempionatlarda "Qarabağ"ın 1-ci yeri tutduğunu səbəb göstərərək, "Neftçi"ni qızıl medaldan məhrum edib. Amma UEFA Çempionlar Liqasında Azərbaycanı məhz flaqmanın təmsil etməli olduğuna dair qərar verib. Bununla belə, "Qarabağ"ın aktivində 1993-cü il çempionluğu qalır.

AzNews.az