Beynəlxalq Futbol Federasiyası (FİFA) rəhbərliyi futbol agentlərinin fəaliyyətləri ilə bağlı yeni qanunlar qəbul edib Beynəlxalq Futbol Federasiyası (FİFA) rəhbərliyi futbol agentlərinin fəaliyyətləri ilə bağlı yeni qanunlar qəbul edib

FİFA sərt sanksiyalar tətbiq edəcək

Beynəlxalq Futbol Federasiyası (FİFA) rəhbərliyi futbol agentlərinin fəaliyyətləri ilə bağlı yeni qanunlar qəbul edib



Komandaların azarkeşlərinin rasist çıxışları sərt şəkildə cəzalandırılacaq.

Qanunda üç dəyişiklik edilib: mövcud lisenziyalaşma sistemindən imtina, minimum standartlar və tələblərin tətbiqi və agentlərin qeydiyyatı sistemi yaradılması.

FİFA-nın İcraiyyə Komitəsinin qərarından sonra 2014-cü ildə keçiriləcək çempionatda hansı dəyişikliklərin olacağı ilə bağlı araşdırma aparacaq komissiya yaradılacaq.

Beynəlxalq Futbol Federasiyasının prezidenti Yozef Blatter bildirib ki, azarkeşlərin rassizm əməlləri sərt şəkildə cəzalandırılacaq: "Cərimə cəza kimi kifayət deyil. Ola bilər ki, klublar da cəzalandırılsın. Ən yaxşı cəza isə klubların xallarının çıxılması və çempionatdan çıxarılması ola bilər. Məhz klub öz azarkeşlərinin əməllərinə cavabdehdir. FİFA rasizmlə ciddi şəkildə mübarizə aparır. Biz milli federasiya və konfederasiyalara hansı cəza sanksiyalarının görülməsi ilə bağlı məlumatlar verəcəyik". (anspress)

AzNews.az