Dünyanın ən bahalı klublarının reytinqi açıqlandı

Madridin "Real" futbol klubu Forbes-in versiyasına görə, dünyanın ən bahalı idman komandalarının siyahısına başçılıq edir.

İspan klubunun qiyməti 3,3 milyard dollar həcmində qiymətləndirilir. Kral klubu ən çox qazanan komandadır (2011/12 mövsümündə 650 milyon dollar).

Siyahıda ilk 3 yer futbol klublarına məxsusdur. İkinci yerdə "Mançester Yunayted" - 3,165 milyard dollar, üçüncüdə isə "Barselona" 2,6 milyard dollarla qərarlaşıb.

Sonrakı 6 yeri ABŞ-ın beysbol və futbol klubları tuturlar, 10-cu yerdə isə Londonun "Arsenal" klubu gəlir. Çempionlar liqasının qalibi "Bavariya" 12-ci yerdədir (1,309 milyard).

"Formula-1"in ən bahalı komandası olan "Ferrari" 21-ci yerdədir (1,15 milyard). "Nyu-York Niks" baskebol klubu 1,1 milyardla 23-cü yerdədir. Reytinqdə həmçinin bir hokkey klubu da var. "Toronto Mgypl Lifs" 1 milyardla 31-ci yerdədir.//apa//

AzNews.az