Klublarımızın Avroliqadakı rəqibləri müəyyənlədi

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi baş tutub.

Trend-in məlumatına görə, Bakı vaxtı ilə saat 16:00-da başlayan tədbirdə yarışdakı klublarımızın - "Qarabağ", "İnter" və "Xəzər Lənkəran"ın rəqibləri müəyyənləşib.

"Xəzər Lənkəran" - "Makkabi" oyunun qalibi "Ventspils" (Latviya) - "Jeness" (Lüksemburq) cütlüyünün qalibi ilə düşəcək.

"İnter" - "Tromse" oyunun qalibi isə "Differdanj" (Lüksemburq) - "Utrext" (Hollandiya) cütlüyünün qalibi ilə qarşılaşacaq.

Belə ki, "Qarabağ" -"Piast" oyunun qalibi isə "Anortosis" (Kipr) - "Gefle" (İsveç) oyununun qalibləri ilə görüşəcək.

AzNews.az