Yığmamız Avstriyaya böyük hesabla uduzdu

Bu gün Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə başlayıb.


Apasport.az saytının məlumatına görə, Polşada çıxış edən komandamızın ilk rəqibi Avstriya olub.

Millimiz ilk qarşılaşmada darmadağınla üzləşib. 1 het-trik və 2 dublun qeydə alındığı matç 7:0 hesabı ilə başa çatıb. Belə ki, ilk yarıda cəmi 1 top buraxan komandamız fasilədən sonra 40 dəqiqəyə 6 dəfə avstriyalıların qoluna şahidlik edib.

Qeyd edək ki, VIII qrupda yer alan millimiz növbəti oyununu avqustun 4-də Polşa yığmasına qarşı keçirəcək.

AzNews.az