Deputat Tailandda yarışa hazırlaşır - Fotolar

Azərbaycan Kikboksinq Fedreasiyasının üzvləri Tailandda təlim-məşq toplantısındadır.

İdmançılardan ibarət nümayəndə heyətinə federasiyanın prezidenti, Milli Məclisin üzvü Adil Əliyev rəhbərlik edir. Azərbaycanlı idmançılar təxminən bir ay ərzində Tailandda peşəkarlardan dərs almaq, xüsusi fəndlərə yiyələnmək və ustalıq səviyyələrini artırmaq niyyətindədirlər. Hazırlıqlarda əsas məqsəd avqustun 27-dən sentyabrın 2-dək Cənubi Afrikada Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş peşəkar turnirdə iştirak etməkdir.

Turnir "Azərbaycan Afrikaya qarşı" adı altında keçiriləcək. Bununla bağlı "Qafqazinfo"ya federasiya prezidenti Adil Əliyev açıqlama verib:

"Düşünürəm ki, Heydər Əliyevin adı ilə bağlı olan yarışlar, tədbirlər təkcə yubileyi ərəfəsində keçirilməməlidir. Biz hesab edirik ki, bütün ilboyu belə yarışları təşkil etmək olar. Yarış ulu öndərin adı ilə bağlı olduğu üçün məsuliyyətlə hazırlaşırıq. Demək olar ki, gündə iki dəfə məşq edirik. Məşqlərdə şəxsən iştirak edirəm".

Qeyd edək ki, heyətdə Azərbaycan kubokunun finalında "Neftçi"-"Xəzər Lənkəran" qarşılaşmasındakı əlbəyaxa davadan sonra gündəmə gələn və "Neftçi"də rəis vəzifəsindən azad olunan Güloğlan Cabbarov da yer alıb. O, federasiyanın vitse-prezidentidir.

AzNews.az
image description image description image description image description image description image description image description