Millimizin heyətində dəyişiklik edildi

Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, avqustun 14-də Malta ilə Bakıda keçiriləcək yoldaşlıq oyununa hazırlaşan komandaya qoşula bilməyən Pərdis Fərcad-Azadı Cavid Hüseynov əvəzləyib.

Buna Pərdisin durumu səbəb olub. Belə ki, milliləşən legioner zədə üzündən yığmadan kənarda qalıb. Baş məşqçi Berti Foqts onun əvəzinə toplanış üçün ilkin açıqlanan siyahıda yer alan Cavidə şans verib.

AzNews.az