AFFA “Xəzər Lənkəran”a bəraət qazandırdı

AFFA-nın İntizam Komitəsi növbəti iclasını keçirib.

İntizam Komitəsi "Bakı", "Rəvan" , "İnter" , "Azal", "Qarabağ", "Xəzər Lənkəran" və "Simurq" klublarını cəzalandırıb. " Rəvan" – 700, "Bakı" – 7 000, "İnter" , "Qarabağ", "Xəzər Lənkəran" – 1000, "Azal" – 1500 və "Simurq" 100 manat cərimə olunublar.

Bu qərərlardan sonra "Xəzər Lənkəran" klubu İntizam Komitəsinə müraciət edərək Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində baş tutan "Qarabağ" - "Xəzər Lənkəran " maçının 60 –cı dəqiqəsində Manuel Starlatakenin qeyri-idman hərəkətinə yol vermədiyini bildirib. İntizam Komitəsi də bu oyunun video yazısına baxaraq futbolçunun sarı vərəqəyə layiq olmadığını aşkarlayıb və futbolçuya verilən sarı vərəqə ləğv edilib. (modern.az)

AzNews.az