Millimiz İsraillə oynayacaq

Bu gün Azərbaycan milli komandası "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Apasport.az saytının məlumatına görə, yığmamız səfərdə İsrailin qonağı olacaq.

Belə ki, millimiz tarixində 5-ci dəfə bu rəqiblə üz-üzə gələcək. ilk dəfə Avro-1996-nın seçmə mərhələsində qarşı-qarşıya gəldiyimiz İsrail yığması üzərində heç qələbəmiz olmayıb. Keçirilən 4 qarşılaşmada 1 heç-heçə və 3 məğlubiyyətimiz var.

Berti Foqtsun yetirmələrinin çari seçmə mərhələsindəki oyunlarda da qələbə üzünə həsrət qalıb. Belə ki, keçirdiyimiz 7 qarşılaşmada meydanı 3 dəfə bərabərlik, 4 dəfə məğlubiyyətlə tərk etmişik.

Hər halda bu komanda ilə evdə heç-heçə edən millilərimiz səfərdən xalla qayıtmaq istəyir.

AzNews.az