“Neftçi” qələbə qazandı

Bu gün Topaz Premyer Liqasında VI tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra keçirilən tur paytaxt derbisi ilə başlayıb.


Günün yeganə matçında "Neftçi" doğma arenada "İnter"i qəbul edib. Son turda "Bakı" qarşısında darmadağın olan "ağ-aralar" bu dəfə qalibiyyətlə sevinib. 3 qolla 3 xal qazanan Tərlan Əhmədovun yetirmələri turnir cədvəlində liderliyə yüksəlib.

Mövsümə uğursuz başlayan "İnter" də bu oyundakı qələbə qazanmaqla durumunu düzəltmək istəyirdi. Son turda evdə "Simurq"a uduzan "bankirlər" fasilədən sonra daha fərqli nəticələr qazanmaq arzusunda olsalar da, bu baş tutmayıb. Belə ki, qonaq komandanın taleyi birinci hissədə 3 qolla həll olunub. Vaqif Cavadov 68-ci dəqiqədə vurduğu qolla hesabdakı fərqi azaltmağa çalışsa da, buna nail ola bilməyib. Nəticədə Kaxaber Sxadadzenin komandası bu turu da uğursuzluqla başa vurub.


Qeyd edək ki, VI tur sabah keçiriləcək "Simurq" – "Sumqayıt" qarşılaşması ilə davam edəcək.


"Neftçi" – "İnter" - 3:1
QOLLAR: Araz Abdullayev, 15, Karlos Kardoso, 20, Melvin Platye, 45-p. - Vaqif Cavadov, 68
Qırmızı vərəqə:Bruno Bertuççi, 83 - Abdulla Abatsiyev, 83
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Namiq Hüseynov, Namiq Bəkirov
"Bakcell Arena" stadionu

"Neftçi": 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 6. Rəşad Sadiqov (k), 9. Flavio Aleks Valensio, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye, 15. Erik Ramos, 22. Mahir Şükürov, 7. Araz Abdullayev, 16. Bruno Bertuççi
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 5. İqor Mitrseki, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev, 90. Ernest Nfor
Məşqçi: Tərlan Əhmədov

"İnter": 25. Səlahət Ağayev, 4. İvan Benitez, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili, 11. Asif Məmmədov, 14. İlqar Ələkbərov, 33. Matija Spiçiç, 44. Joao Paulo de Souza, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 6. Samir Zərgərov, 19. Sezar Meza Kolli, 21. Arif Daşdəmirov, 22. İlço Naumoski, 47. Abdulla Abatsiyev, 64. Elhad Nəziri
Baş məşqçi: Kaxaber Sxadadze


Bombardirlər: Cavid Hüseynov (Bakı), Bahodir Nasimov (Neftçi), Marinaldo da Silva (Qarabağ), Mindauqas Kalonas (Bakı), Viktor İqbekoyi (AZAL), Baçana Sxadadze (İnter) - 3 qol


AzNews.az