UEFA Çempionlar Liqasında pərdələr açılır

UEFA Çempionlar Liqası 2013-2014 sezonu sabah oynanılacaq qrup maçları ilə başlayacaq.

Liqada 8 qrupda cəmi 32 komanda, 16-lıq uğrunda mübarizə aparacaq.

Sabah və 18 sentyabr 8 qrupda 16 qarşılaşma baş tutacaq. Azərbaycan azarkeşlərinin maraqla izlədiyi qardaş Türkiyə təmsilçisi Qalatasaray İspanyanın Real Madrid, İtalyanın Juventus ve Danimarkanın Kopenhaq komandaları ilə mübarizə aparacaq.

Qrupda birinci və ikinci yerlərin sahibləri onaltılıqda yer alacaq. Qrupu üçüncü bitirən komandalar isə UEFA Avropa liqasında mübarizəni davam etdirəcək. Sonuncu yer tutan komanda isə Liqadan kənarlaşdırılacaq.
Qrup oyunlarının proqramları belədir:

A Qrupu: Mançester United- Bayer Leverkusen, Real Sociedad- Shakhtar Donetsk
B Qrupu Qalatasaray- Real Madrid, Kopenhaq- Yuventus
C Qrupu: Benfica- Anderlecht, Olympiakos- Paris Saint Germain
D Qrupu: Bayern Münih- Cska Moskova, Viktoria Plezen- Manchester City

18 Senytyabr:
E Qrupu: Schalke 04-Steaua Bükreş, Chelsea- Basel
F Qrupu: Olympique Marsilya- Arsenal, Napoli- Borussia Dortmund
G Qrupu: Austria Wien- Porto, Atletico Madrid- Zenit
H Qrupu: Milan- Celtic, Barcelona-Ajax – İstanbul



Bahadur
AzNews.az